İdman 23:53 25.11.2021

"Qarabağ" "Omoniya" ilə heç-heçə etdi

Bu gün "Qarabağ” Konfrans Liqasının qrup mərhələsinin 5-ci turu çərçivəsində Kipr "Omoniya”sını qəbul edib.
 
Qaynarinfo xəbər verir ki, pley-offa yüksəldiyi ötən tur dəqiqləşən Ağdam təmsilçisi səfərdə 4:1 hesabı ilə yendiyi rəqiblə "Tofiq Bəhramov"da üz-üzə gəlib. 

Yetərincə gərgin alınan oyunda ağdamlılar qələbəyə yaxın olsalar da, azlıqda qalan adalıları yenmək mümkün olmayıb. Qapıçı Şahruddin Məhəmmədəliyevin kobud səhvindən inamla faydalanan Kipr komandası 90-cı dəqiqədə meydanın mərkəzindən qol vuraraq heç-heçəyə nail olub.
 
H qrupunun digər matçında isə İsveçrənin "Bazel” komandası səfərdə "Kayrat”la münasibətlərinə aydınlıq gəitrib. Qarşılaşma qonaqların 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Bu nəticələrdən sonra "Bazel" lideliyi ələ keçirib.

Avropa Konfrans Liqası
H qrupu
25 noyabr
 
Qarabağ – Omoniya 2:2 (2-ci yarı)

Qollar: Paris Psalitis, 49-öz qapısına. Patrik Andrade, 88. - Mixal Duriş, 43-pen. Xordi Qomeş, 90.

Qırmızı vərəqə: Kiko, 66 ("Omoniya, ikinci sarı)
Baş hakim: Morten Krox (Danimarka)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 6, Patrik Andrade, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 81. Kevin Medina.
Ehtihyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 24. Zamiq Əliyev, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev.
Baş məşqçi: Qurban Qurbanov.


Omoniya: 23. Fransis Uzoho, 2. Paris Psaltis, 5. Kiko, 11. Erik Boteak, 18. Mixal Duriş, 20. Takis Zaxariu, 22. Adam Lanq, 30. Nikolas Panayotu, 76. Xaralambos Xaralampus, 80. Andronikos Kakulli, 83. Andreas Asimenos.
Ehtiyat oyunçular: 74. Kasper Çorazka, 4. Abdullahi Şehu, 8. İyayi Atimvenn, 13. Fotis Papulis, 15. Tomaş Huboçan, 16. Xordi Qomes, 17. Yan Leçkyaks, 21. Marinos Tzionis, 42. Mikkel Diskerud, 44. Marko Şçepoviç, 75. Loyzos Loyzu, 82. Andreas Evangelu.
Baş məşqçi: Henninq Berq.