Ölkə 17:25 27.03.2020

Qarabağ qazisi 3 aylıq təqaüdünü Koronavirusla Mübarizə Fonduna köçürdü

Kəlbəcər rayon sakini, 2-ci qrup Qarabağ qazisi Zeynalov Əfqan Behbud oğlu COVİD-19 virusuna qarşı mübarizəyə və vətəndaşları yüksək keyfiyyətli tibbi xidmətlərlə təmin etmək məqsədilə dövlət tərəfindən həyata kecirilən genişmiqyaslı tədbirlərə qoşularaq 3 aylıq təqaüdünü (1500 manat) Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib.

Qaynarinfo xəbər verir ki, bu barədə moderator.az-a Qarabağ qazisinin özü bildirib.