Video 18:40 21.06.2021

Qarabağ qazisinin və şəhid ailəsinin müraciəti təmin olundu (VİDEO)

"Azəriqaz” İstehsalat Birliyinə sosial şəbəkə üzərindən daxil olan müraciətlər sırasında şəhid və qazi ailələrinin müraciətlərinə xüsusi həssaslıqla yanaşılır. 

Qurumun İctimaiyyətlə Əlaqələr şöbəsindən Qaynarinfo-ya bildirilib ki, Bəxtiyar Nəsibov 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərdə iştirak edib, 2-ci qrup Qarabağ əlilidir. O, "Azəriqaz” İB-yə müraciət edərək Şəmkir rayonunun Keçili kəndində yaşadığı fərdi yaşayış evində təbii qazın olmadığını bildirib. Qısa bir müddətdə qazinin müraciəti təmin edilib, fərdi yaşayış evinə diametri 32 mm, uzunluğu 180 metr olan qaz xətti çəkilib. 

Şəmkir rayonunda yaşayan şəhid atası Hacı Abbasovun da müraciəti cavabsız qalmayıb. Onun oğlu Zaur Abbasov 1-ci Qarabağ müharibəsi zamanı könüllü olaraq döyüşlərə qatılıb. 1992-ci ildə Qubadlı istiqamətində gedən döyüşlər zamanı qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb. Şəhidin atası  Birliyə müraciət edərək fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib. Dərhal rəhbərliyin tapşırığı ilə fərdi yaşayış evinə qaz xətti çəkilib və sayğac quraşdırılıb.