Ölkə çempionu "Qarabağ" klubu Çempionlar Liqasına Qəbələdə hazırlaşacaq.
Bu barədə
Sport7.az-a klubun mətbuat katibi
Nurlan İbrahimov məlumat verib.
Komandanın avrokuboklara hazırlıq planından danışan klub rəsmisi bildirib ki, "Hazırlıq prosesini Qəbələdə keçəcəyik. Test verdikdən sonra yola düşəcəyik. Lakin dönüşümüz hələ bəlli deyil".
Qeyd edək ki, "Qarabağ"la yanaşı avrokuboklarda iştirak edəcək komandalarımız "Neftçi", "Keşlə" və "Sumqayıt" da əyalətlərdə hazırlıq keçəcəklər.
Röya Kərimli
Şərhlər