Azərbaycanı futbol üzrə UEFA Çempionlar Liqasında təmsil edəcək "Qarabağ” bu gün növbəti yoxlama oyununu keçirib.
Qaynarinfo xəbər verir ki, Ağdam klubu "Azərsun Arena”da "Sabah”la qarşılaşıb.
Bu komandalar arasında iyulun 25-də Qəbələdə keçirilmiş yoxlama oyununda "Sabah” 2:1 hesablı əzmkar qələbə qazanmışdı. Bu dəfə isə Ağdam klubu hər hissədə bir qol vurmaqla inamlı qələbəyə sevinib.
Yoxlama oyunu
11 avqust
Qarabağ – Sabah 2:0
Qol: Uroş Matiç, 31-pen. Mahir Emreli, 85.
Bakı. "Azərsun Arena” stadionu.
Şərhlər