Qarabağ separatçıları Avropa ölkələrindən silah almaqda davam edir.
Modern.az xəbər verir ki, işğal altındakı Azərbaycan torpaqlarında erməni separatçılarının keçirdiyi silah təlimlərinin görünütüləri yayımlanıb.
Görüntülərdə düşmən əsgərinin Almaniya istehsalı Heckler – Koch HK G28 snayper tüfəngini sınaqdan çıxardığı görünür.
Qeyd edək ki, Heckler – Koch HK G28 snayper tüfəngi Əfqanıstanda xidmət edən alman kontingenti üçün hazırlanıb. 400 metrə hədəfi dəqiqliklə bura bilən tüfəng ən müasir silahlardan sayılır.
Ehtimal olunur ki, Ermənistan Almaniyadan 100-ə yaxın Heckler – Koch HK G28 snayper tüfəngi alıb və onların bir qismini Qarabağdakı birləşmələrə ötürüb.
Şərhlər