"Qarabağ" üçün şotlandiyalı hakimlər

UEFA Konfrans Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Omoniya" - "Qarabağ" matçının hakimləri müəyyənləşib.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Şotlandiyadan olan hakimlər briqadasına tapşırılıb. Görüşün baş hakimi Bobbi Maddenəə David Rum və Alan Malavanni köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Kreyq Napyer yerinə yetirəcək. 
  
Oyun sentyabrın 30-da, saat 23:00-da Nikosiyadakı GSP stadionunda keçiriləcək.
 
Səbuhi Həsənov
 

XƏBƏRLƏR
BLOGLAR
X