İdman 20:46 14.10.2018

"Qarabağ" - "Vorskla" oyununa nə qədər bilet satılıb?

Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda keçiriləcək "Qarabağ” - "Vorskla” oyununa bilet satışı davam edir.

Qaynarinfo klubun "Facebook” səhifəsinə istinadən xəbər verir ki, artıq qarşılaşmaya 5 min bilet satılıb.

Biletləri həm Qarabağ FK Fan-şop (Park Bulvar), Sumqayıt şəhəri (ASAN Xidmət), 28 Mall, Gənclik Mall, həm də onlayn olaraq iTicket.az saytından almaq mümkündür. Biletlərin qiymətləri müvafiq sektorlara görə 2, 4, 8, 10 və 50 (VİP) AZN arasında dəyişir.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda keçiriləcək "Qarabağ” – "Vorskla” matçı 20:55-də başlayacaq.