"Qarabağ" yeni transferini açıqladı (VİDEO)

"Qarabağ" klubu yeni transferini açıqlayıb.

Qaynarinfo-nun məlumatına görə, Ağdam təmsilçisi bu barədə rəsmi yutub kanalından paylaşım edib.

"Köhlən atlar" braziliyalı yarımmüdafiəçi Kadi Yuri Borxes Malinovski ilə müqavilə imzalayıb.

Qeyd edək ki, Kadi Yuri Borxes Malinovski peşəkar karyerasına ölkəsinin "Koritiba" klubunda başlayıb. O, son olaraq Portuqaliyanın "Vilafranquense" komandasının formasını geyinib.

X
XƏBƏRLƏR
BLOGLAR