Ölkə 28.01.2022

Qarabağda astronomik stansiya qurulacaq

Qarabağ zonasında yeni astronomik stansiya qurulacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə AMEA Şanaxı Astorfizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov deyib. 

O bildirib ki, orada müasir robot teleskopların yerləşdirilməsi, onların Rəsədxanadan idarə olunması, Rəsədxana ərazisində yerin kosmosdan peyk müşahidələri vasitəsilə öyrənilməsi üçün mərkəzi kosmik poliqonun yaradılması kimi məsələlər AMEA rəhbərliyi tərəfindən dəstəklənib: 

"Bu işlərin həyata keçirilməsi Şamaxı Astrofizika Rəsədxanasının uzaq və yaxın kosmosun tədqiqi üzrə beynəlxalq elmi mərkəzə çevrilməsində çox vacib addım olacaq".

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?