XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ" 8,4 milyon manat qazandı
İdman11:43 02.10.2025

"Qarabağ" 8,4 milyon manat qazandı

Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının liqa mərhələsində ardıcıl ikinci qələbəsini qazanıb. İlk turda səfərdə Portuqaliya "Benfika"sına qalib gələn (3:2) Ağdam təmsilçisi ötən axşam Bakıda Danimarkanın "Kopenhagen" klubunu yenib (2:0)
Qaynarinfo xəbər verir ki, iki qələbə "Qarabağ"a 6 xal qazandırmaqla yanaşı, büdcəsini zənginləşdirməyə də imkan verib. 
Belə ki, UEFA Çempionlar Liqasında hər qələbəyə görə, klublara 2,1 milyon avro (təxminən 4,2 milyon manat) ödəyir. Beləliklə, "Qarabağ" iki oyuna görə, 4,2 milyon avro (təxminən 8,4 milyon manat) qazanıb.
Aydın