XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

"Qarabağ"a 2 milyon avroluq təklif gəldi, futbolçu getmədi
İdman12:17 13.08.2026

"Qarabağ"a 2 milyon avroluq təklif gəldi, futbolçu getmədi

“Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşuk karyerasını ölkəsinə qayıdaraq davam etdirə bilərmiş.

Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı jurnalist Mixail Spivakovski məlumat yayıb.

Onun sözlərinə görə, Jitomirin “Polissya” klubu 26 yaşlı futbolçunun transferində ciddi maraqlı olub və keçid üçün bir neçə ay danışıqlar aparıb.

Bildirilir ki, “Qarabağ” Kaşukun satışından 2 milyon avro qazanmaq istəyib. “Polissya”nın bu məbləği ödəməyə hazır olduğu və transferin reallaşmasına az qaldığı qeyd edilir. Lakin son mərhələdə futbolçunun özü Ukraynaya dönməkdən imtina edib.

Spivakovskinin sözlərinə görə, Kaşuka daha əvvəl Cənubi Kiprin “Omoniya” və Xorvatiyanın “Hayduk” klublarından da maraq olub.

Hazırda Kaşukun “Qarabağ”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir. Klubun rəsmi məlumatına əsasən, futbolçu Ağdam təmsilçisinin heyətində 48 matç keçirib və 10 qol vurub.

Aydın