"Qarabağ" son olaraq Ukraynanın "Şaxtyor” (Donetsk) klubunda çıxış edən Aleksey Kaşuku transfer etdiyini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, müqaviləsi bitdikdən sonra azad agent statusu daşıyan 24 yaşlı hücumameylli yarımmüdafiəçi ilə 3 illik sözləşmə imzalanıb.
Ukraynanın "Şaxtyor” (Donetsk) klubunun yetirməsi olan Aleksey Kaşuk 2019-2022-ci illərdə icarə əsasında ölkəsində "Mariupol”un, 2022-2023-cü il mövsümündə isə Azərbaycanda "Sabah”ın formasını geyinib. Ukraynanın aşağı yaş qrupu üzrə bütün yığmalarında çıxış etmiş yarımmüdafiəçi 2019-cu ildə 20 yaşadək futbolçulardan ibarət milli komandalar arasında keçirilən dünya çempionatının qalibi olub.
Şərhlər