İdman 00:52 24.08.2022

"Qarabağ" Çexiyada uduzdu - Mübarizə Avroliqanın qrupunda davam edəcək

"Qarabağ” UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununu keçirib.

Qaynarinfo-nun məlumatına görə, "köhlən atlar” Çexiyada "Viktoriya” (Plzen) komandasının qonağı olub. Portuqaliyalı FIFA referisi Artur Diaşın idarə etdiyi görüş Ağdam təmsilçisinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.

Beləliklə, Bakıdakı qolsuz heç-heçədən sonra cavab görüşündə "Viktoriya"ya uduzan "Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb. Ağdam təmsilçisi yoluna Avropa Liqasının qrup mərhələsində davam edəcək.
 
Çempionlar Liqası
Pley-off, cavab oyunu
23 avqust

"Viktoriya" (Çexiya) - "Qarabağ” (Azərbaycan) 2:1
Qollar: Yan Kopits, 58. Yan Kliment, 73 - Filip Ozobiç, 38
"Viktoriya: 36. Yindrjix Stanek, 4. Ludek Pernitsa (K), 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 44. Libor Holik, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç, 77. Erik Yirka, 99. Modu Ndiay
Baş məşqçi: Mihal Bilek
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev (k), 20. Kadi Borges, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 19. Filip Ozobiç, 7. Riçard Almeyda
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
Baş hakim: Artur Dias (Portuqaliya)
Plzen. Duşan Arena