Xəbər lenti

İdman 23:41 21.01.2026

"Qarabağ"dan daha bir tarixi qələbə: "Ayntraxt" məğlub edildi

"Qarabağ" UEFA Çempionlar Liqasının əsas mərhələsinin VII turunun oyununda doğma meydanda "Ayntraxt" (Almaniya) ilə qarşılaşıb.
 
Qaynarinfo-nun məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda reallaşan matç Azərbaycan çempionunun 3:2 hesablı qələbəsi ilə bitib.

Ağdam təmsilçisinin heyətində Kamilo Duran dubl müəlliffi (4, 80) olub. Qonaqların heyətində Can Uzun (11) və Fares Chaibi (78-pen) fərqləniblər. "Köhlən atlar"a qələbə gətirən qola isə 90+4-cü dəqiqədə Bəhlul Mustafazadə imza atıb.

Bununla da ağdamlılar cari mövsüm Çempionlar Liqasının Liqa mərhələsindəki xallarının sayını 10-ə çatdırıblar.

Qeyd edək ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv sonuncu - VIII turda, dekbarın 29-da səfərdə İngiltərənin "Liverpul" kollektivinin qonağı olacaq.

Çempionlar Liqası
Liqa mərhələsi, VII tur
21 yanvar

21.45 Qarabağ (Azərbaycan) - Ayntraxt (Almaniya) 3:2
Qollar: Kamillo Duran, 4; 80. Bəhlul Mustafazadə, 90+4 Can Uzun, 11. Fares Şaibi, 78-pen.
Qarabağ: 99. Mateuş Koxalski, 2. Mateus Silva, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 8. Marko Yankoviç, 35. Pedro Bikalyo, 9. Joni Montiel, 10. Abdullah Zubir (k), 15. Leandro Andrade, 17. Kamillo Duran. 
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 97. Fabian Buntiç, 3. Samuel Mmae, 6. Kris Kuaku, 7. Nəriman Axundzadə, 11. Emmanuel Addai, 18. Dani Bolt, 21. Aleksey Kaşuk, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov.
Baş məşqçi: Qurban Qurbanov.
Ayntraxt: 40. Kaua Santos, 3. Artur Teate, 4. Robin Kox (k), 21. Nataniel Braun, 15. Ellies Şkiri, 7. Ansqar Knauff, 13. Rasmus Kristensen, 16. Huqo Larsson, 20. Ritsu Doan, 34. Nnamdi Kollins, 42. Can Uzun.
Ehtiyat oyunçular: 23. Mixael Setterer, 33. Yens Qral, 5. Aurele Amenda, 6. Oskar Höylund, 8. Fares Şaibi, 18. Mahmud Dahud, 19. Jan-Matteo Baoyya, 26. Aurelio Buta, 27. Mario Götse, 41. Fusseni Dumbiya, 45. Marvin Dills, 53. Aleksander Ştaff.
Baş məşqçi: Dennis Şmitt.
Hakimlər: Sandro Şerer, Stefan De Almeyda, Yonas Erni, Yohannes fon Mandak (İsveçrə).
VAR: Fedayi San (İsveçrə).
AVAR: Lukas Fendrix (İsveçrə).
Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.
--> -->