Xəbər lenti

İdman 18:55 10.07.2026

"Qarabağ" DÇ-2026-da iştirak edən hücumçunu transfer edir?

"Qarabağ" Rusiyanın "Akron" klubunun hücumçusu Gilson Benşimolu heyətinə qatmaq istəyir.

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiyanın "Zona Russia" nəşri məlumat yayıb.

Məlumata görə, Ağdam təmsilçisi 24 yaşlı futbolçunu yaxından izləyir və onu yay transfer dönəmi üçün əsas namizədlərdən biri hesab edir.

Bildirilir ki, Kabo-Verde millisinin də formasını geyinən hücumçu "Qarabağ"ın transfer siyahısına daxil edilib.

"Qarabağ" klubunun mətbuat xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hansısa bir futbolçunun keçidi ilə bağlı rəsmi məlumat olarsa, ictimaiyyətə açıqlanacaq".

Qeyd edək ki, Gilson Benşimol ötən mövsüm "Akron"un heyətində bütün turnirlərdə 24 oyunda meydana çıxaraq 10 qola imza atıb. O, DÇ-2026-nın iştirakçısı olub.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->