Xəbər lenti

İdman 15:35 01.09.2023

"Qarabağ"ın Avroliqanın qrupundakı rəqibləri müəyyənləşdi

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibləri müəyyənləşib.

Qaynarinfo xəbər verir ki, bu gün keçirilən peşkatmada Ağdam klubu H qrupuna düşüb.

"Qarabağ"dan başqa qrupda Almaniyanın "Bayer", Norveçin "Molde" və İsveçin "Hacken" klubları yer alıb.

Qeyd edək ki, qrup mərhələsinin oyunları 21 sentyabr, 5-26 oktyabr, 9-30 noyabr və 14 dekabr tarixlərində keçiriləcək.
 
A qrupu: "Vest Hem” (İngiltərə), "Olimpiakos” (Yunanıstan), "Frayburq” (Almaniya), "Baçka Topola” (Serbiya).

B qrupu: "Ayaks” (Niderland), "Marsel” (Fransa), "Brayton” (İngiltərə), AEK (Yunanıstan).

C qrupu: "Reyncers” (Şotlandiya), "Betis” (İspaniya), "Sparta” (Çexiya), "Aris” (Kipr).

D qrupu: "Atalanta” (İtaliya), "Sportinq” (Portuqaliya), "Şturm” (Avstriya), "Rakuv” (Polşa).

E qrupu: "Liverpul” (İngiltərə), LASK (Avstriya), "Union” (Belçika), "Tuluza” (Fransa).

F qrupu: "Vilyarreal” (İspaniya), "Renn” (Fransa), "Makkabi” (Hayfa, İsrail), "Panatinaikos” (Yunanıstan).

G qrupu: "Roma” (İtaliya), "Slaviya” (Çexiya), "Şerif” (Moldova), "Servett” (İsveçrə).

H qrupu: "Bayer 04” (Almaniya), "Qarabağ” (Azərbaycan), "Molde” (Norveç), "Hakken” (İsveç).

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->