Xəbər lenti

İdman 10:27 15.08.2022

"Qarabağ"ın "Viktoriya" ilə matçının hakimləri müəyyənləşdi

UEFA Çempionlar Liqasında ölkəmizi təmsil edən "Qarabağ”ın turnirin pley-off mərhələsində Çexiyanın "Viktoriya Plzen” klubuna qarşı keçirəcəyi oyunu idarə edəcək hakimlər açıqlanıb.
 
Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Avqustun 17-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Qarşılaşmanın hakimi Slavko Viniçiç olacaq. Ona yan xətt hakimləri Tomaz Klançnik, Andray Kovaçiç yardım edəcək. Dördüncü hakim funksiyasını Rade Obrenoviç yerinə yetirəcək. 
 
Görüşün VAR hakimləri Nejc Kajtazovic və Yure Preprotnik
 
Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq oyunun start fiti saat 20.45-də səsləndiriləcək.
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->