Misli Premyer Liqasının XVII turunda bu gün daha iki görüş baş tutacaq.
Qaynarinfo xəbər verir ki, əvvəlcə "Şamaxı" evdə "Qəbələ"ni qəbul edəcək.
Görüş Şamaxı şəhər stadionunda saat 14:00-da start götürəcək. Ayxan Abbasovun baş məşqçisi olduğu komada hazırda 20 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 11-ci yerdə olan "Qəbələ"nin isə 8 xalı var.
Günün son görüşü "Azərsun Arena"da "Qarabağ"la "Kəpəz" arasında keçiriləcək. Matç saat 16:30-da start götürəcək. Qurban Qurbanovun rəhbərlik etdiyi komanda 36 xalla turnir cədvəlində ikincidir. 10-cu yerdə olan "Kəpəz"in isə 9 xalı var.
Qeyd edək ki, turun daha əvvəl baş tutan görüşlərində "İmişli" "Araz-Naxçıvan"la (2:2), "Neftçi" isə "Zirə" (0:0) ilə heç-heçə edib. XVII tura yanvarın 25-də yekun vurulacaq.
Premyer Liqa
2025/26 mpvsümü
XI tur
24 yanvar
14:00. "Şamaxı” – "Qəbələ”
Hakimlər: Rəşad Əhmədov, Rəhman İmami, Teymur Teymurov, Əkbər Əhmədov
VAR: Kamranbəy Rəhimov
AVAR: Müslüm Əliyev
Şamaxı şəhər stadionu
16:30. "Qarabağ” – "Kəpəz”
Hakimlər: Vüqar Həsənli, Kamran Bayramov, Gülnurə Əkbərzadə, Elvin Bayramov
VAR: Rəvan Həmzəzadə
AVAR: Pərvin Talıbov
"Azersun Arena”
25 yanvar
16:00. "Turan Tovuz” – "Sumqayıt”
18:30. "Sabah” – "Karvan-Yevlax”
23 yanvar
"Neftçi” – "Zirə” - 0:0
"İmişli” – "Araz-Naxçıvan” - 2:2
Şərhlər