Xəbər lenti

İdman 09:25 14.07.2026

"Qarabağ" legionerini icarəyə verir

"Qarabağ” daha bir əcnəbi futbolçusu ilə yollarını ayırmağa hazırlaşır.

Futbolinfo.az Kipr mətbuatına istinadən xəbər verir ki, AEK-in sabiq müdafiəçisi Ceremi Qnali bu yay komandasını dəyişməyə hazırlaşır.

Bildirilib ki, bu ilin fevralında Larnaka klubundan transfer olunan fransalı sol cinah oyunçusu ümidləri doğrultmayıb. 24 yaşlı futbolçu artıq bir neçə klubdan təklif alıb. Ağdamlılar onu icarəyə vermək niyyətindədir. Qnalinin "Qarabağ”la müqavilə müddəti 2028-ci ilin yayına qədərdir.

Qeyd edək ki, Ceremi Qnali ötən mövsüm "Qarabağ”ın heyətində ümumilikdə 4 oyun keçirib.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->