Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan "Qarabağ" klubu Antalyada növbəti yoxlama oyununu keçirib.
Oxu.Az xəbər verir ki, Ağdam təmsilçisi bu dəfə Polşanın "Pyast” klubu ilə üz-üzə gəlib.
Oyunda hesabı 9-cu dəqiqədə polyaklar açıblar. Altı dəqiqə sonra Araz Abdullayevin vurduğu qolla hesab bərabərləşib.
Oyun 1:1 hesabı ilə bitib.
Şərhlər