“Qarabağ”ın Avropa Liqasının pley-off mərhələsində keçirəcəyi oyunların başlama saatı müəyyənləşib.
Bu barədə apasport.az saytına klubun meneceri Asif Əsgərov məlumat verib.
O bildirib ki, artıq Almaniya “Ayntraxt”ı ilə hər 2 qarşılaşmanın başlama saatına aydınlıq gəlib. Frankfurt təmsilçisi ilə avqustun 22-də Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq ilk oyun saat 21:00-da başlayacaq.
Avqustun 29-da Frankfurtdakı “Kommersbank Arena” stadionunda baş tutacaq cavab oyununun start fiti isə yerli vaxtla 21:05, Bakı vaxtı ilə 00:05-də çalınacaq.
Əsgərovun sözlərinə görə almaniyalıların ölkəmizə, “Qarabağ”ın isə Frankfurt səfəri ilə bağlı detallara hələ tam aydınlıq gəlməyib: “Bununla bağlı danışıqlarımız gedir. Avqustun 14-də “Ayntraxt”ın nümayəndəsi ölkəmizə gələcək. Onunla görüşlərimizdən sonra bu tip məsələlərə tam aydınlıq gələcək”.
Klub rəsmisi onu da bildirib ki, komandalar ev oyunlarına bilet barterinə də toxunub. Əsgərovun sözlərinə görə hər klub öz azarkeşlərinə lazım olan qədər bileti pulunu ödəməklə alacaq.
Qaynar.info
Şərhlər