İdman 16:24 14.09.2021

"Qarabağ"ın "Bazel"lə matçının hakimləri müəyyənləşdi

UEFA  Avropa Konfrans Liqasının qrup mərhələsi çərçivəsində keçiriləcək "Qarabağ" - "Bazel" (İsveçrə) matçının hakimləri açıqlanıb. 

Qaynarinfo UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanı Belçikadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Erik Lambrexts olacaq. Ona meydançada Riyen Vanizer, Jo de Veirdt kömək edəcək. Qarşılaşmanın dördüncü hakimi Vim Smet olacaq.

Qarşılaşma sentyabrın 16-da saat 20:45-də Bakı Olimpiya Stadionunda keçiriləcək.

Səbuhi Həsənov