İdman 14:22 09.08.2020

"Qarabağ"ın Çempionlar Liqasındakı rəqibi müəyyənləşdi (YENİLƏNİB)

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkatma mərasimi keçirilib. 

Qaynarinfo xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunan tədbirdə Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi müəyyənləşib. Azərbaycan çempionu Şimali Makedoniya təmsilçisi "Sileks"ə rəqib olub.

Qaydalara əsasən, pley-offadək bütün mərhələlər bir qarşılaşmadan ibarət olacaq. Cütlər müəyyənləşərkən, adı birinci çıxacaq komanda evdə oynayacaq. "Qarabağ"ın adı ilk çıxdığından oyun Bakıda baş tutacaq.

Görüşlər 18-19 avqustda keçiriləcək. Əsas vaxt heç-heçə ilə yekunlaşacağı təqdirdə, əlavə vaxt və yenə zərurət yaranarsa, penalti seriyası təyin olunacaq. Qaliblər Çempionlar Liqasında, məğlublar isə Avropa Liqasında II təsnifat mərhələsinə keçəcəklər.