İdman 14:45 22.07.2019

"Qarabağ"ın potensial rəqibləri müəyyənləşdi

Çempionlar Liqasında III təsnifat mərhələsinin püşkü atılıb.
 
Qaynarinfo Sport7.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan püşkatma mərasimində "Qarabağ"ın da potensial rəqibi müəyyənləşib.

Azərbaycan çempionu ilə İrlandiya təmsilçisi "Dundalk"ın mübarizəsindən qələbə ilə ayrılan komanda "Sutyeska" (Monteneqro) - APOEL (Kipr) cütünün qalibi ilə qarşılaşacaq.

Çempionlar Liqasında II təsnifat mərhələsinin oyunları 24-31 iyulda, III raundun görüşləri isə avqustun 6-7-də və 13-14-də baş tutacaq.