Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində "Qarabağ”ın rəqibi olan "Molde” Bakıya gəlmək istəmir.
Qaynarinfo xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimov "Qafqazinfo”ya açıqlamasında bildirib.
Klub rəsmisi bildirib ki, Norveç təmsilçisi oyunun Bakıda deyil, neytral meydanda keçirilməsini Ağdam klubndan xahiş edib. Klub rəsmisi onların müraicətinə müsbət cavab vermədiklərini bildirib:
"Molde Bakıya gəlmək istəmir. Səbəb də budur ki, Norveç hökumətinin qərarına əsasən ölkədən giriş-çıxış zamanı 10 gün karantinə alınırsan. Norveç tərəfi bizə neytral meydanda oynamağı təklif edir. Özlərinin seçdiyi 5-6 meydan var və bunu bizə bildirdilər. Norveç hökuməti də həmin yerlərə karantin tələbi qoymayıb. Təbii ki, biz də bununla razılaşmırıq.
Burada bərabərlik hüququ pozulduğu üçün razı deyilik. Azərbaycan dövlətinin matçın ən yüksək səviyyədə keçirilməsi üçün şərait yaratdığını UEFA-ya bildirmişik və qurumdan cavab gözləyirik. Həm klub, həm də ölkə olaraq, təhlükəsizliyə təminat vermişik ki, Bakıda oynayaq".
Şərhlər