Video 21:25 27.11.2021

Qaraçılar məhəlləsində bir gün (VİDEO)

Baku TV Yevlaxda yerləşən "Qaraçılar məhəlləsi”ndən reportaj hazırlayıb.

Məhəllədə yaşayan uşaqlar məktəbə getmədiklərini, zibillikdən enerji içkisi qabları toplayaraq satdıqlarını deyir.

Şəraitsiz vəziyyətdə yaşayan ailələr maddi durumlarının qənaətbəxş olmadığını, payız-qış aylarında daha çox əziyyət çəkdiklərini qeyd edir.

Adət-ənənələrindən danışan qaraçı qadınlarının sözlərinə görə, onların örpək bağlaması, həyat yoldaşına yaxşı baxması əsas hesab olunur.