Türkiyə Baş Prokurorluğu Səudiyyə Ərəbistandan olan jurnalist Camal Qaşıqçının İstanbulda yerləşən Səudiyyə konsulluğunda öldürülməsi ilə bağlı sübut əldə edib.
Qaynarinfo xəbər verir ki, bu barədə Al Jazeera məlumat yayıb. Ötən gün polis istintaq prosesi üçün konsulluğa daxil olmuşdu. 10 nəfərdən ibarət istintaq qrupu 9 saat sonra binanı tərk edib.
Səudiyyəyə müxalif mövqeyi ilə bilinən jurnalistin 2 həftə əvvəl konsulluqda qətlə yetirildiyi iddia edilir. Ötən gün "CNN" bildirib ki, rəsmi Ər-Riyad jurnalistin sorğu zamanı öldüyünü etiraf etməyə hazırlaşır.
Böhranla bağlı ABŞ dövlət katibi Mayk Pompeonun Səudiyyə və Türkiyəyə səfəri gözlənilir.
Gülşən
Şərhlər