Ağ Evin mətbuat katibi Kerolin Levitt bildirib ki, Çin hakimiyyəti ABŞ prezidenti Donald Trampın ayın sonuna planlaşdırdığı Pekinə səfərinin vaxtını dəyişdirməyə razılaşıb.
Qaynarinfo-nun məlumatına görə, Ağ Evin sözçüsü bildirib ki, iki tərəf mümkün qədər tez yeni tarixlər təyin etmək üçün çalışır.
Bu gün əvvəl Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Cian bildirib ki, iki tərəf Donald Trampın Çinə səfəri ilə bağlı əlaqə saxlamağa davam edəcək. O, dövlət başçılarının diplomatik səylərinin Çin-ABŞ münasibətlərində əvəzolunmaz strateji rol oynadığını vurğulayıb.
Bir gün əvvəl Donald Tramp Çinə səfərinin "təxminən bir ay" təxirə salındığını açıqlayıb. O, İrandakı hərbi əməliyyatlar səbəbindən ABŞ-da olmağın vacibliyini qeyd edib.
ABŞ prezidentinin Çinə səfəri 31 mart - 2 aprel tarixlərinə planlaşdırılırdı. 15 martda Donald Tramp Financial Times qəzetinə verdiyi müsahibədə Çinə səfərinin təxirə salına biləcəyini bildirib. Çini İran neftinin ən böyük idxalçılarından biri adlandıran Amerika lideri, ölkəni Hörmüz boğazından gəmiçiliyin bərpasına kömək etməyə çağırıb. Əks təqdirdə, Donald Tramp rəsmi səfərini təxirə salmaqla hədələdyib.
Aydın
Şərhlər