Foto 11:30 12.10.2019

Yaponiya qara günlərini yaşayır: “Hagibis” ölkəni iflic etdi (FOTOLAR)

Yaponiyada Haqibis qasırğası ilə əlaqədar 10 milyon insanın təxliyəsi barədə qərar qəbul edilib.

Qaynarinfo xəbər verir ki, 8 milyona yaxın insanın təxliyəsi üçün hazırlıq görülür, 2 milyon nəfərin isə evakuasiyası tövsiyə edilib. Ölkənin mərkəzində yaşayan təxminən 8 min nəfər məcburi şəkildə təhlükəsiz ərazilərə köçürüləcək. 

Haqibisin Yaponiyada 1958-ci ildə 1200 nəfərin ölümünə səbəb olan qasırğa qədər təhlükəli olacağı gözlənilir. Təbiət hadisəsi artıq bir nəfərin ölümü, 4 nəfərin yaralanmasına səbəb olub.
 

Yaponiya hökuməti ölkənin yeddi prefekturasında - Tokio, Qumma, Saitama, Kanaqava, Yamanaşi, Naqano və Şizuokada ən yüksək təhlükə səviyyəsini elan edib.

 

Məhz bu bölgələrdə on ildə bir dəfə təsadüf edilən leysan yağışları yağıb.

 

"Hagibis” tayfununun yaxınlaşması ilə bağlı mobil telefonlarına mesaj göndərilib. Elanlar televiziya və İnternetdə də səsləndirilib.

 

Xatırladaq ki, "Hagibis" tayfunu bir neçə hava limanının bağlanmasına, rabitənin itirilməsinə və elektrik xətlərinin qırılmasına səbəb olub.

Yaponiya Nəqliyyat Nazirliyi Haneda və Narita hava limanlarını şərti olaraq oktyabrın 13-dək bağlamaq haqda qərar verib.

 

Ayrıca bəzi yerlərdə dəmir yolu və yerüstü nəqliyyatın hərəkəti dayandırılıb.

 

NHK televiziya kanalının məlumatına görə, təkcə Tokio prefekturasının İzu adalarında 900 telefon xətti və 1400 İnternet şəbəkəsi kəsilib. On minlərlə ev elektriksiz qalıb.

 

Hazırda "Hagibis" cənub-şərqdən Yaponiya arxipelaqına doğru irəliləməyə davam edir. Tayfunun mərkəzindəki təzyiq 935 hektopaskal, küləyin sürəti saniyədə 45 metrdir, ara-bir 65 m/s-ə çatır.

 

Bu siklon gücünə görə 60 il əvvəl baş vermiş "İda” ilə müqayisə edilir. O vaxt təbii fəlakət 1269 insanın canını almışdı.


Gülşən