Dünya 12:18 18.03.2019

Qatar relsdən çıxdı: 24 ölü var

Afrika ölkəsi Konqoda yük qatarı relsdən çıxıb. 

Qaynarinfo xəbər verir ki, Kasay bölgəsində Bena Leka şəhərində baş verən hadisə zamanı azı 24 nəfər ölüb, 31 nəfər yaralanıb. Qatarda qanunsuz miqrantlar gizləndiyi üçün həyatını itirənlərin sayı çox olub. Ölənlər arasında azyaşlılar da var. 

Xilasetmə tədbirləri davam etdirilir.

Gülşən