Xəbər lenti

Qazaxıstan beynəlxalq qanunsuz silah təchizatı kanalını bağladı
Dünya 10:38 24.02.2020

Qazaxıstan beynəlxalq qanunsuz silah təchizatı kanalını bağladı

Keçən il Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin (KNB) əməkdaşları qanunsuz silah tədarüküylə məşğul olan beynəlxalq kanalın fəaliyyətini dayandırıb. 10 ölkə vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib. 

Qaynarinfo xəbər verir ki, bu barədə KNB mətbuat xidməti məlumat yayıb.

Hesabatda 2019-cu ilin iyununda ölkənin Milli Təhlükəsizlik Komitəsi tərəfindən beynəlxalq qanunsuz odlu silah kanalının tədarükünün qarşısının alındığı bildirilib. 

Qeyd olunur ki, üç Kalaşnikov, üç qumbaraatan, iki canlı qumbara, 14 tapança və başqa silahlar ələ keçirilərək götürülüb. Agentlikdən verilən məlumata görə, məhkəməyə qədər aparılan istintaq zamanı daxili işlər orqanlarında çalışan birinin silah alveri işinə şərik olması faktı aşkarlanıb. 

Mətbuat xidməti Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin balansında olan silah-sursatın nazirliyin həmin məsul şəxsinin iştirakıyla oğurlandığı bildirilib.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->