Xəbər lenti

Dünya 21:23 09.01.2022

Qazaxıstan Səhiyyə Nazirliyi iğtişaşlarda 164 nəfərin ölməsi ilə bağlı xəbəri təkzib etdi

Qazaxıstan Səhiyyə Nazirliyi ölkədə iğtişaşlar zamanı 164 nəfərin həlak olması ilə bağlı xəbəri təkzib edib.

Qaynarinfo xəbər verir ki, bu barədə ” "İnterfaks-Qazaxıstan” agentliyi məlumat yayıb.

Qeyd edək ki, Qazaxıstanın operativ qərargahı öz teleqram kanalında ölənlərin sayı barədə Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb. Artıq mesaj silinib.

Məlumatda deyilirdi ki, Qazaxıstanda iğtişaşlar başlayandan təkcə Almatı şəhərində 103 nəfər ölüb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->