Dünya 12:02 09.04.2019

Qazaxıstanda növbədənkənar prezident seçkiləri elan edildi

9 iyun 2019-cu ildə Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Qaynarinfo İzvestiya.ru-ya istinadən xəbər verir ki, bu barədə prezident vəzifəsini müvəqqəti icra edən Qasım Comərd Tokayev məlumat verib. Qazaxıstan Konstitusiyasına görə, prezident seçkiləri ölkə rəhbəri tərəfindən elan edilir və məlumatdan 2 ay sonra keçirilir.

Qeyd edək ki, Qazaxıstana 30 il rəhbərlik etmiş Nursultan Nazarbayev 20 martda istefa verib və vəzifələrinin icrasını Tokayevə tapşırıb.

Gülşən