Dünya 19:35 09.06.2019

Qazaxıstanda prezident seçkiləri başa çatdı (YENİLƏNİB)

Qazaxıstanın bütün ərazisində prezident seçkiləri başa çatıb.

Qaynarinfo xəbər verir ki, yerli vaxtla saat 21.00-da Qərbi Qazaxıstan, Atıraus, Aktyubin və Manqistau vilayətlərində də seçki məntəqələri bağlanıb. Qazaxıstanın digər vilayətlərində səsvermə yerli vaxtla saat 20.00-da başa çatıb.

Qazaxıstan Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yerli vaxtla saat 20.00-a seçici fəallığı 77 faiz olub.

10.00

Bu gün Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Qaynarinfo xəbər verir ki, yerli vaxtla 07:00-da səsvermə prosesinə start verilib. 

11 milyon 947 min seçicinin olduğu ölkədə 7 namizəd prezidentlik uğrunda mübarizə aparır. 20 martdan bəri prezident vəzifəsini icra edən "Nur Otan" Partiyasının üzvü Qasım Comərd Tokayev də seçkilərdə iştirak edir. O, artıq seçkidə səs verib.

Namizədlərdən heç biri 50% səs toplamasa, 2-ci tur təyin ediləcək. 

Gülşən