Siyasət 12:59 29.05.2014

Qazaxıstanda Qarabağ sərgisi - FOTOLAR

Məlumat verdiyimiz kimi, Qazaxıstanda Turan şəhərinin açılışı və bu münasibətlə türk xalqlarının qurultayı təşkil olunub. 
Qaynar.info-nun məlumatına görə, qurultayda Yeni Nəfəs Hərəkatının sədri Seymur Həsənli iştirak edərək Azərbaycan həqiqətlərinin digər türk xalqlarına çatdırılması məqsədilə “Qarabağ sərgisi” təşkil edib. 
Sərgi Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə gerçəkləşib. Belə ki, dövlət komitəsi Yeni Nəfəs Hərəkatını Azərbaycanın maddi-mədəni irsini, Xocalı Soyqırımı, 20 Yanvar qırğını və ümumiyyətlə Dağlıq Qarabağın işğalı ilə bağlı faktlardan ibarət 30 adda kitabla təmin edib. Ümumilikdə 100-dən çox kitab, jurnal, disklər qurultay iştirakçılarına paylanıb. 
Seymur Həsənli Türk Xalqları Ümumdünya Assambleyasının prezidenti Yermentay Sultanmurada müxtəlif vəsaitlərdən hədiyyə edərək ondan Azərbaycan problemlərinin Qazaxıstan ictimaiyyətinə çatdırılmasında daha aktiv olmasını xahiş edib.
Qaynar.info