Sağlamlıq İnstitutunun SES direktoru Larisa Popoviç Qazaxıstanda koronavirusla mübarizə üçün istifadə olunan üç "T" formulundan danışıb. Söhbət trafik, testinq və treysinqdən (müşahidə) gedir.
Qaynarinfo RBC-ya istinadla xəbər verir ki, trafik deyərkən ölkənin sərhədlərini bağlamaq, testinq sözü altında - vətəndaşların koronavirus üçün genişmiqyaslı müayinəsi nəzərdə tutulur. Treysinq isə yoluxma zəncirini pozmaq üçün yoluxmuşlarla əlaqəni müşahidə etməkdir.
"Biz bu strategiyanı həyata keçirməyi öyrəndik və buna görə də Qazaxıstanda baş verən dalğalara vaxtında reaksiya verməliyik", - Popoviç deyib.
Gamalea Epidemiologiya və Mikrobiologiya Tədqiqat Mərkəzinin viroloqu Albert Altşteyin Qazaxıstanda koronavirus xəstəliyinin yeni dalğasının gözlənilmədiyini vurğulayıb.
Alpər
Şərhlər