Dünya 18:46 08.06.2019

Qazaxıstanın yeni prezidenti kim olacaq?

Sabah Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçiriləcək.

Qaynarinfo xəbər verir ki, səsvermə prosesi yerli vaxtla saat 7.00-da başlayacaq və saat 20.00-dək davam edəcək. Seçicilər ölkə ərazisində və onun hüdudlarından kənarda yaradılmış 9968 seçki məntəqəsində səs verəcək. Qazaxıstan Mərkəzi Seçki Komissiyasının seçicilər reyestrinə səsvermə hüququ olan 11 milyon 814 min vətəndaş daxil edilib.

Seçkilərdə mart ayında Prezident Nursultan Nazarbayevin istefa verməsindən sonra müvəqqəti dövlət başçısı təyin edilmiş Kasım-Jomart Tokayevin də aralarında olduğu yeddi namizəd mübarizə aparacaq.