Xəbər lenti

Video 17:33 09.12.2020

Qazi Rəmzi: "Anam tabutu açdıranda görüb ki, mən deyiləm" (VİDEO)

İkinci Qarabağ müharibəsinin iştirakçılarından olan qazi Rəmzi İsmayılov "Səni axtarıram" proqramına qonaq olub.

Qaynarinfo xəbər verir ki, həm başından, həm ayağından Talış uğrunda gedən döyüşlərdə yaralanan hərbçimiz müharibədə yaşadıqlarından danışıb:

"Sentyabrın 8-də gedib orduya yazıldım, hərbçi kimi çalışmaq istəyirdim. Ayın 27-də müharibə başladı. Səhər saat 11-də Talış kəndində yaralandım. Ailəm yaralandığımı bilmirdi. Evimizə şəhidlik kağızı göndəriblər ki, İsmayılov Rəmzi şəhid olub. Anam deyib ki, tabutu açın baxmalıyam. Görüb mən deyiləm. Bir həftə sonra zəng etdim ki, sağam, bilmədilər hospitaldayam. Gəncədə əməliyyat olundum, helikopterlə Bakıya göndərildim. Anam sonra zəng etdi ki, yuxuda görmüşəm, düzünü de, yaralanmısan. Boynuma almadım ki, yaxşıyam. Amma inanmadı".

Qazimiz yaralandığı anı belə xatırlayıb:  

"Yanımdakılar şəhid oldu, sonra özüm yaralandım. Başım yaralı olsa da, səngərin içində qaldım, şəhidləri çıxarmağa çalışdım. Erməni qız snayperçi məni ayağımdan vurdu ki, səngərə düşüm, əsir götürülüm. Amma təslim olmadım, iki şəhidi çıxardım. Tək qalmışdım, dedim yenə gedəcəm, əsgərləri gətirəcəm. Gedəndə qarşıma erməni əsgər çıxdı, onu vurdum. Həmin an əsgər yoldaşlarım köməyə gəldi. Dayana bilmirdim, irəliləmək istəyirdim".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->