Siyasət 23:42 01.03.2014

“Qazprom” Ukraynanı hədələdi

Bu haqda Rusiya şirkətinin nümayəndəsi Serqey Kupriyanov məlumat verib

"Rusiyanın “Qazprom” şirkəti Ukraynanı borclarını ödəmədiyi təqdirdə, qazın qiymətinə olan endirimi ləğv edəcəyi ilə hədələyib".

Bu haqda Rusiya şirkətinin nümayəndəsi Serqey Kupriyanov məlumat verib. O bildirib ki, endirim haqda razılaşma ödənişlərin vaxtında edilməsini nəzərdə tuturdu. Şirkətin məlumatına görə, Kiyevin qaza olan borcu 1,5 mlrd. dollardır. 

Qeyd edək ki, Ukrayna Rusiya qazına görə endirimi ötən ilin dekabrında Vladimir Putinlə Viktor Yanukoviçin görüşü zamanı əldə edib. Razılığa əsasən, yeni ildən Kiyev yanacağın 1000 kub metrinə görə 400 dollar əvəzinə, 268 dollar ödəyir. 

Endirim müddəti haqda isə heç bir məlumat verilməyib. Həmin vaxt Rusiya Ukraynaya 15 mlrd. dollar kredit də təqdim edib. Lakin hazırda Rusiya kreditin verilməsini dayandırıb. (anspress.com)