Xəbər lenti

“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib
Ölkə 19:23 12.10.2018

“Qazprom” və SOCAR Azərbaycana qaz tədarükünü müzakirə edib

Rusiyanın "Qazprom” şirkəti ilə SOCAR Azərbaycana təbii qaz tədarükünü müzakirə edib.

Məlumatda bildirilir ki, bununla bağlı SOCAR prezidenti Rövnəq Abdullayev və "Qazprom”un idarə heyətinin sədri Aleksey Millerin Sankt-Peterburqdakı görüşündə müzakirə aparılıb:

"Qeyd edilib ki, qaz nəqli bərpa edilən vaxtdan - 2017-ci il noyabrın 22-dən indiyə qədər "Qazprom” Azərbaycana 1,15 milyard kubmetr qaz tədarük edib. Tərəflər bu istiqamətdə əməkdaşlıq perspektivlərini müzakirə ediblər".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->