İdman 21:15 18.01.2022

"Qəbələ" məğlubiyyətlə başladı

Mövsümün ikinci yarısının hazırlığını Türkiyədə davam etdirən "Qəbələ” yoxlama oyunu keçirib.
 
Qaynarinfo xəbər verir ki, "qırmızı-qaralar” Antalya toplanışındakı ilk sınağında Polşa təmsilçisi "Zaqlembe” ilə qarşılaşıb.
 
Baş məşqçi Elmar Baxşıyev start heyətində aşağıdakı "11-liy”ə şans verib:
 
Kristof Atanqana, Ruan Renato, Hüseyn Mürsəlov, Ehtiram Şahverdiyev, İsnik Alimi, Asif Məmmədov, Stefan Vukçeviç, Fernan Lopez, Rafael Utziq, Rövlan Muradov, Ülvi İskəndərov.

Görüş rəqibin 2:1 hesablı qələbəbəsi ilə yekunlaşıb.

Antalyada daha iki yoxlama matçına çıxacaq "Qəbələ” yanvarın 21-də Şimali Makedoniya təmsilçisi "Boreç”lə, 24-də Çexiya "Bohemians”ı ilə üz-üzə gələcək.
 
Səbuhi Həsənov

 

Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?