İdman 11:30 30.06.2022

"Qəbələ"nin yeni formaları (FOTOLAR)

"Qəbələ" 2022/2023 mövsümü üçün yeni formalarını təqdim edib.

Qaynarinfo klubun rəsmi saytına istinadən xəbər verir ki, geyim dəstlərində elə də ciddi dəyişikliyə ehtiyac duyulmayıb. Komanda yeni mövsümdə də meydanlarda ənənəvi qırmızı və ağ rəngli formalarda görünəcək. Bölgə klubu ev oyunlarında qırmızı, səfər matçlarında isə ağ rəngli formalardan istifadə edir.

"Qəbələ" Azərbaycanın UEFA Konfrans Liqasında da təmsil edəcək. Komanda II təsnifat mərhələsində Macarıstan təmsilçisi "Fehervar"la qarşılaşacaq. İlk görüş iyulun 21-də evdə, cavab matçı isə 1 həftə sonra səfərdə olacaq.
 
Səbuhi Həsənov