Dünya 11:28 11.08.2019

Qəbirstanlığa gedənə 5 min lirə mükafat

Antalyalı biznesmenlərdən biri insanları qəbirstanlıq ziyarətlərinə cəlb etmək üçün bura gələn insanlara pul paylayacağını deyib. 

Qaynarinfo xəbər verir ki, Türkiyədə yaşayan Ömər Ulutaş adlı iş adamı kənd qəbirstanlığına gəlməsi üçün hər kəsə 10 lirə (təxminən 3 manat) verəcəyini bildirib. 

İş adamı paylanan bu pullardan birinin seriya nömrəsini götürəcəyini və qəbirstanlıqda həmin seriya nömrəsində pul olan adama isə 5 min lirə (1552 manat) veriləcəyini deyib. 

İş adamı bildirib ki, bu təşəbbüsü gəncləri əcdadlarının qəbirlərini ziyarətə cəlb etmək üçün edib.