Xəbər lenti

Qəbizlik hansı xəstəliklərə səbəb ola bilər? (SİYAHI)
Sağlamlıq 21:25 19.11.2017

Qəbizlik hansı xəstəliklərə səbəb ola bilər? (SİYAHI)

Qəbizlik ən geniş yayılmış pozulmalardan biridir. İnsanların əksəriyyəti qəbizliyi ciddi problem hesab etmir. Lakin bu çox ciddi səhvdir.
 
Mütəxəssislər xəbərdarlıq edir ki, xroniki qəbizlik bir çox ciddi xəstəliklərin inkişafına təkan verə bilər. Bu səbəbdən qəbizliyi mütləq vaxtında müalicə etmək lazımdır.

Belə ki, xroniki uzunsürən qəbizlik bu kimi xəstəliklərə səbəb ola bilər:

1. Babasil - Xroniki qəbizlik babasilin ən yayılmış səbəbidir.
2. Düz bağırsağın çatı - Belə çatlar qanaxmalara səbəb olur, çat irinləyə və iltihablaşa bilər.
3. Bağırsaq keçməməzliyi - Bu olduqca təhlükəli ağırlaşmadır ki, vaxtında müalicə olunmadıqda bağırsaq keçməməzliyi hətta peritonitə və ölümə səbəb ola bilər.
4. Düz və yoğun bağırsağı xərçəngi - Mütəxəssislərin fikrinə görə, xroniki qəbizlik bu xərçəng növləri üçün ən ciddi risk faktorudur.
5. Kolit - yoğun bağırsağın iltihabı. Bu xəstəlik çox ciddi ağırlaşmalar verir: qanaxma, peritonin, sepsis.
 
Nərmin Həsənli
Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->