Siyasət 11:08 07.11.2022

Qələbəmizin memarı - Deputat 44 günlük savaş barədə danışdı

"İlham Əliyev tarixi zəfərimizin hərbi-siyasi və strateji memarıdır. Tarixdə hər bir qələbənin öz müəllifi olur. Bizim qələbəmizin müəllifi isə yaratdığ güclü ordusu ilə müzəffər Ali Baş komandanımızdır, şəhidlərimizdir, qazilərimizdir. Potensial gücü real gücə yalnız liderlər çevirə bilirlər. O da hər lider yox. Məhz İlham Əliyev kimi lider".
 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu Vətən müharibəsi dövründə Prezident İlham Əliyevin milli maraqları hər şeydən uca tutması və xarici təzyiqlərə tab gətirməsi ilə baglı danışarkən deyib. O bildirib ki, lham Əliyev son 200 yüz illik tariximizdə milli gücümüzün maddi-fiziki və mənəvi komponentlərinin elə bir vəhdətini yarada bildi ki , bu, sözün əsil mənasında qarşısı alınmaz selə çevirildi:
 
"21-ci əsrin çoxkomponentli hibrid müharibələrinə qarşı savaşmaq və qalib gəlmək yalnız bu şəkildə mümkün ola bilərdi. Biz istər 2003-cü ildən 2020-ci ilədək davam edən hücüm diplomatiyası, alt qatlarda sirli qalan strateji sükut dövründə, istər hərbi sənayemizinin təşkili ilə birlikdə ordumuzun şəxsi heyətinin peşəkarlardan komplektləşdirilməsi mərhrəlsində, istər 44 günlük müharibə dövründə və ondan sonra davam edən postmüharibə və böyük qayıdış mərhələsində, hər addımda Prezident İlham Əliyevin imzasını görürük. Prezident İlham Əliyev yalnz hərbi qələbəmizin deyil, həm də siyasi –diplomatik qələbəmizin, informasiya müharibəmizin də müəllifidir.  Bu günlərdə Zəfər bayramımızın 2-ci ildönümünü qeyd edərkən dönüb geriyə baxdıqda bir tərəfdə 30 illik məşəqqət, xalqımıza qarşı törədilən alçaq hərbi cinayətlər və soyqırımı, digər tərəfdə isə 44 günlük müharibəmiz və ondan ötən iki il ərzində qalib xalq kimi yaşadığımız milli qürur və sevinc günlərimi var. Bu fərqi yaradan, bizə tarixi zəfərimizi bəxş edən məhz İlham Əliyev siyasətidir”. 
 
 

Deputatın sözlərinə görə, Azərbaycan xalqı öz düşmənlərinin nə qədər çox olduğunu, nə qədər güclü olduğunu bəlkə də 30 illik işğal dövründə yox, 44 günlük müharibə və ondan ötən iki ildə gördü:
 
"Biz qələbəmizin necə böyük və necə şanlı olduğunu bir daha yenidən dərk etdik. Başa düşürük ki, biz nəyə görə və kimlər tərəfindən birinci Qarabağ savaşında uduzdurulduq və eyni zamanda başa düşürük ki, İkinci Qarabağ savaşında qələbə əldə etmək nə qədər çətin bir iş imiş. Əldə etdiyimiz zəfərin tarixiliyi və böyüklüyü də elə bu kontrasda ortaya çıxır. Ona görə də qələbəmizin qalıcı və əbədi olması üçün milli həmrəyliyimizə sadiq qalmalı, "dəmir yumruq” ətrafında daha sıx birləşməliyik".

Bahar Rüstəmli