Siyasət 15:15 26.01.2022

Qərb Rusiyanı təxribata çəkir, Kreml də zorən bu oyuna can atır... - Politoloq

"Qərb əslində bu açıqlamaları ilə Rusiyanı təxribata çəkir. Müharibə başlasa, NATO Ukraynaya nə ordusunu göndərəcək, nə də Rusiya ilə vuruşacaq. Qərbin məqsədi başqadır. Çalışırlar ki, iki provaslav dövlətini toqquşdursunlar”.

Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyev Rusiya təcavüzə keçsə belə, Ukraynaya dəstək üçün öz qoşunlarını göndərməyəcəkləri barədə ABŞ və NATO rəsmiləri tərəfindən səslənən fikirlərin arxasında gizlənən məqamları dəyərləndirərkən deyib. Həmsöhbətimizin fikrincə, hazırki situasiyada Moskva qərar verə bilmir, amma onun baqa çıxış yolu da yoxdur: 

"Ukrayna həddən artıq Rusiyanın üstünə gəlib. Digər tərəfdən, Rusiya daxilində ciddi gərginlik yaranıb. Bu ölkədə tədricən rəngli inqilab üçün şərait yaradılır. Belə vəziyyətlərdə isə dövlətlər adətən daxili gərginlikdən diqqəti yayındırmaq üçün müharibələrə əl atırlar. Rusiya da bu mənada müharibəyə əl atmaq məcburiyyətindədir”. 
 


Politoloq düşünür ki, Moskva fevral ayının ortalarına doğru Ukraynaya hücum edə bilər: 

"Gözlənilir ki, fevralın ortalarına qədər Rusiya Ukraynaya hücum edib-etməmək barədə son qərar verəcək. Qarşıdurma realdır. Ukrayna da buna getməyə məcburdur. Qarşıdan seçkilər gəlir. Eyni zamanda, Ukrayna daxilində də sosial gərginlik pik həddə çatır. Ona görə də müharibənin olması Kiyevə də sərf edir ki, sosial gərgiliyi aradan qaldıra bilsin. Qərb də çalışır ki, Rusiya Ukrayna müharibəsi baş tutsun. Lakin bütün hallarda NATO gəlib Ukrayna tərəfdə vuruşmayacaq. Anqlo-sakslar tarixən hər hansı bir dövləti çökdürmək qərarına gələndə, güclü informasiya müharibəsi aparır. Rusiya isə bu sahədə elə də güclü deyil. Jirinovskinin apardığı informasiya müharibəsi elə onun da səviyyəsində olacaq”. 

Rüfət Sultan



Sorğu

Son dövrlərdə qeydiyyata alınmış partiyalardan hansının fəaliyyətini müsbət qiymətləndirirsiniz?