Xəbər lenti

"Sputnik Azərbaycan"la bağlı cinayət işi başladı, 2 nəfər həbs edildi, saxlanılanlar var
Siyasət14:18 01.07.2025

"Sputnik Azərbaycan"la bağlı cinayət işi başladı, 2 nəfər həbs edildi, saxlanılanlar var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Daxili İşlər Nazirliyinin (DİN) "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında ("Sputnik Azərbaycan”) keçirdiyi əməliyyat-axtarış tədbirləri ilə 7 nəfər saxlanılıb.
APA-nın əldə etdiyi məlumata görə, Cinayət Məcəlləsinin dələduzluq, qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma maddələri cinayət işi başlanaraq 2 nəfər həbs edilib, digər 5 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, dünən DİN "Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialında əməliyyat keçirib.