Xəbər lenti

Qəzaya düşdü, yaddaşını itirdi, 45 il başqa adla yaşadı - Ailəsini indi tapdı
Dünya 21:31 22.11.2025

Qəzaya düşdü, yaddaşını itirdi, 45 il başqa adla yaşadı - Ailəsini indi tapdı

Hindistan sakini yaddaşını itirdikdən sonra 45 il başqa adla yaşadıyıb və indi ailəsini tapıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Times of India” qəzeti məlumat verib.

1980-ci ildə 16 yaşlı Rixhi Ram Himaşal-Pradeş ştatındakı evindən çıxıb və ağır bir qəza keçirərək kəllə-beyin travması alıb. Qəza nəticəsində o, yaddaşını tamamilə itirib.

Rixhinin valideynləri onun öldüyünə inanıb və bir daha geri dönməyəcəyini düşünüblər. Bu müddətdə o, Mumbaya köçüb, yeni ad - Ravi Çaudhari alıb, evlənib və keçmişini tamamilə unudaraq özünə yeni həyat qurub.

Yalnız bir neçə ay əvvəl başına aldığı yeni zərbədən sonra uşaqlıq xatirələri tədricən qayıtmağa başlayıb. Arvadının köməyi ilə Rixhi haradan olduğunu araşdırıb və doğulduğu kəndin sakinlərini tapıb. Onlar onun şəxsiyyətini təsdiqləyiblər.

15 noyabrda hindistanlı kişi Nadi kəndinə - yaşadığı yerdən 1600 km uzaqlığa - geri dönüb və bacı-qardaşları ilə yenidən görüşüb.

Aydın

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->