Bu gün Rəşid Behbudov Adına Dövlət Mahnı Teatrında Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş "Mən Azərbaycanlıyam"- adlı Bədii Qiraət Müsabiqəsinin Yekun Final tədbiri keçirilib.
Qaynar.info-nun xəbərinə görə, "Hicaz Production" təşkilatçılığı və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) dəstəyi ilə keçirilib. "Hicaz Production"un icraçı Direktor və layihə rəhbəri Ayaz Məmmədov layihənini baş tutmasında əməyi olan hər kəsə təşəkkürünü bildirib.
Münsiflər Əməkdar Artist Yaqut Paşayeva, Əməkdar Artist Ağalar Bayramov, Fikrət Məlikov, gənc aktyor Azər Cəfər, Azərbaycan İncəsənət Universitetinin 3-cü kurs tələbəsi Əbdül Məcidli, Fərhad İsrafilov və münsiflər heyyətinin sədri Əməkdar Artist Gülşad Baxşıyevanın seçimləri ilə qaliblər elan olunub:
I yer- Əliyeva Günəş, Slavyan məktəb lisey kompleksi
II yer- Babazadə Nuranə, 2 saylı Texniki humanitar elmlər liseyi
III yer - Aslanov Huseynağa, 18 saylı tam orta məktəb
Qaynar.info
Şərhlər